Faq

Necə əlaqə qura bilərəm?

Əlavə kömək, məlumat tələb etmək, rəy vermək və ya şikayət göndərmək üçün xüsusi dəstək qrupumuzla əlaqə saxlaya bilərsiniz. Dəstək komandamızı burada tapa bilərsiniz: https://www.getcontact.com/send-report

Getcontact məlumatları necə istifadə edir?

Getcontact'ın məlumatları necə və hansı məqsədlər üçün istifadə etdiyi haqqında tam açıqlamanı məxfilik bəyannaməmizdə tapa bilərsiniz [https://www.getcontact.com/privacy].

Lakin əsas məqamları aşağıdakı kimi ümumiləşdirmək olar:

- Xidmətlərimizi aktivləşdirmək, optimallaşdırmaq, fərdiləşdirmək, çatdırmaq və inkişaf etdirmək.

- Qanuni öhdəliklərə əməl etmək, o cümlədən saxtakarlıqdan qorumaq, spam aşkar etmək və tətbiq olunan qanunla tələb edildikdə tənzimləmə orqanlarına məlumat vermək.

- Getcontact və istifadəçilərimizin hüquqları və təhlükəsizliyini qorumaq, o cümlədən spam və istənilməyən zəngləri aşkarlamaq.

- Statistik və analitik məqsədlər üçün məcmu və anonim məlumatları istifadə edərək hesabatlar yaratmaq."

Getcontact mənim kitabça məlumatlarımı ictimailəşdirə və ya axtarışa buraxa bilərmi?

Xeyr, ünvan kitabçasındakı əlaqələriniz heç vaxt axtarışda olmaları üçün yüklənmir və açıqlanmır. Kataloqumuzda doğrulama üçün bir nömrə axtardığınızda və ya bir kontaktın profilinə baxdığınızda, nömrə və ya Getcontact profil yalnız qovluq xidmətlərimiz içərisində axtarıla bilər. Getcontact ünvan kitabçası məlumatlarını açıq qanuni məqsədlərimiz xaricində emal etmək və ya yükləmək üçün texniki və ya əməliyyat qabiliyyətinə malik deyil.

Nömrəmi Getcontact qovluğundan çıxara bilərəm?

Bəli. Bu sadə addımları izləyərək nömrənizi asanlıqla siyahıdan çıxara bilərsiniz: Məxfilik İdarəetmə> Görünüş parametrləri

Məlumatlarımı Getcontact-dan daimi silə bilərəmmi?

Bəli, mütləq. Profilinizlə əlaqəli bütün məlumatlarınızı xüsusi Məxfilik İdarəetmə Mərkəzi (burada: https://www.getcontact.com/manage) vasitəsilə, əgər ölkənizə uygundursa, silə bilərsiniz. Unutmayın ki, məlumatlarınızı və hesabınızı sildikdən sonra Getcontact xidmətlərindən istifadə edə və faydalana bilməyəcəksiniz.

Teq nədir? Teqləri necə əlavə edə bilərəm?

Teq, Getcontact istifadəçisi üçün digər istifadəçilər (ləqəb, ad və s.) tərəfindən əlavə olunan məlumatlardır. Bu teqlər istifadəçi tərəfindən idarə edilə bilər.

Digər Getcontact istifadəçiləri üçün "Teq əlavə et" bölməsindən teq əlavə edə bilərsiniz. Tətbiqdə qeydiyyatdan keçən zaman "Tez teq əlavə et" menyusundan da bu əməliyyatı edə bilərsiniz.

Özüm üçün teqlər əlavə edə bilərəmmi?

Getcontact icma standartlarına uyğun olaraq, yalnız digər istifadəçilər üçün teqlər əlavə edə bilərsiniz; lakin öz teqlərinizi idarə edə bilərsiniz.

Profilimə teq əlavə edənləri görə bilərəmmi?

Təhqir teqlərinin qarşısını almaq üçün daim inkişaf etdirdiyimiz süzgəc sistemimiz var. Alqoritmimizi daha da yaxşı hala gətirmək üçün təhqiramiz və yersiz teqləri bildirməyinizi istərdik. Bu, texnologiyamızı inkişaf etdirməyə kömək edir.

Teqlərimi necə idarə edə və ya silə bilərəm?

Profilinizlə əlaqəli hər hansı bir teq tətbiqdə və ya xüsusi Gizlilik İdarəetmə Mərkəzi (https://www.getcontact.com/manage) vasitəsilə baxıla, idarə edilə və silinə bilər.

Getcontact istifadə etdiyim e-mail ünvanımı necə dəyişə bilərəm?

Elektron poçtunuzun ünvanını alt menyudakı "Digər" bölməsindən "Profili göstər" bölməsinə daxil olaraq düzəldə bilərsiniz.

Telefon nömrəmi kontaktlarda necə görünməz edə bilərəm?

Görmə parametrlərinizi aşağıdakı link vasitəsilə seçə bilərsiniz: https://www.getcontact.com/manage

Nəzərinizə çatdırırıq ki, hər hansı bir dəyişikliyin serverlərimizdə qüvvəyə minməsi 48 saat çəkə bilər.

Getcontact profilimə başqa bir nömrə əlavə edə bilərəmmi?

Getcontact profiliniz hazırda yalnız bir telefon nömrəsi ilə əlaqələndirilə bilər.

Getcontact-da profil adımı necə dəyişə bilərəm?

Görünən adınızı profilinizin parametrlər nişanında dəyişə bilərsiniz. Onu redaktə edəndən sonra, axtarış nəticələrində yenilənmiş profil adınız çıxacaqdır.

Etibarlıq xalı nədir?

Etibarlıq xalı, telefon fırıldaqçılığı ilə mübarizə aparmaq üçün Getcontact mühəndisləri tərəfindən hazırlanmış xüsusi analitik bir texnikadır. Etibarlıq xalı 10 xallıq sistem ilə hesablanır.

Etibarlıq xalı necə işləyir?

Bir sıra alqoritmləri birləşdirərək Etibarlıq xalını qiymətləndiririk:

telefon nömrəsi ilə bağlı geribildirim

telefon nömrəsinin spam fəaliyyətləri.

Və onlarla digər müxtəlif alqoritmlər Süni intellekt texnologiyamızı məlumatla zənginləşdirir ki, bir nömrə üçün Etibarlıq xalını hesablayaq.

Etibarlıq xalına tam güvənə bilərəmmi?

Yox! Getcontact sadəcə qiymətləndirir və bu xalın məcburi qüvvəsi yoxdur.

Pulsuz istifadə hüququm nə vaxt yenilənəcək?

Limitləriniz hər ayın ilk günündə təzələnir. Qalan limitlərinizi yoxlamaq üçün bu addımları izləyə bilərsiniz: Digər> Abunəlik Məlumatı.

OTP' üçün birdəfəlik parol niyə lazımdır?

İstifadəçi təsdiqləmə prosedurumuz yalnızca əlaqə nömrəsinin və ya Getcontact profilinin əsas sahibi olaraq yetərincə təsdiqlənmiş olan şəxsə girişə icazə verilməsini təmin etmək üçün hazırlanmışdır. Təsdiqləmə prosedurunun bir hissəsi olaraq hesab parametrlərimizə və Məxfilik İdarəetmə Mərkəzinə (https://www.getcontact.com/manage) daxil olmaq üçün birdəfəlik parol 'OTP' yaratmağı xahiş edirik.

Adla axtara bilərəm?

Getcontact zəng edənləri yalnız telefon nömrəsi ilə müəyyənləşdirir. Təəssüf ki, adla axtarış aparmaq mümkün deyil.

Niyə bütün zənglərdə zəng edən şəxsin məlumatlarını görə bilmirəm?

Getcontact istifadəçilərinin məxfiliyinə diqqət yetirir. Görünmək istəməyən bir istifadəçinin nömrəsi üçün identifikasiya verə bilmərik.

iPhone cihazı istifadə edirəm. Niyə zəng edən şəxsin kimliyini görə bilmirəm?

IOS cihazlarında yalnız spam kimi qeyd olunan zənglər müəyyən edilir. Android cihazlarında bu parametr aktivdir. Zəng edən şəxsin şəxsiyyətini görə bilmirsinizsə, tətbiqdə lazımi icazələri verməlisiniz. Bu xüsusiyyəti tətbiqdə icazələri və ya mobil cihazınızdakı parametrləri tənzimləməklə aktivləşdirə bilərsiniz.

Nömrəmi kimin axtardığını öyrənə bilərəmmi?

Yox! Yalnız Premium istifadəçilərinə nömrələrinin neçə dəfə və hansı tarixdə axtarıldığına dair məhdud məlumat verilir. Yalnız teqlərinizi ətraflı araşdıran insanları görə bilərsiniz. Bununla birlikdə, bu məlumatları əldə etməyiniz üçün teqlərinizi görən şəxsin parametrlərində "Gizli rejimi" aktiv olmamalıdır. "Gizli rejim" aktivdirsə, bu şəxsi "Anonim" olaraq görəcəksiniz.

Niyə naməlum nömrədən zəng edənlər müəyyənləşdirilmir?

Naməlum zəng edənlər GSM operatorları tərəfindən idarə olunur. Getcontact'ın o nömrəni tanıması üçün nömrə gizli olmamalıdır.

Zəng / Axtarış tarixçəmi necə silə bilərəm?

Əgər iOS cihazından istifadə edirsinizsə;

Axtarış menyusundakı "Hamısını sil" düyməsinə vuraraq bütün axtarış tarixçənizi silə bilərsiniz.

Əgər Android cihazından istifadə edirsinizsə;

Üst menyudakı "Sil" düyməsini istifadə edərək axtarış tarixçənizi silə bilərsiniz. Unutmayın ki, zənglər siyahısınızı təmizləmək üçün telefonunuzun zəng tarixçəsini də təmizləməlisiniz.

Getcontact pullu bir tətbiqdirmi?

Getcontact-dan pulsuz istifadə edə bilərsiniz. Müəyyən xüsusiyyətləri daha az limitlərlə istifadə etməyə imkan verən müxtəlif növ abunəliklər təqdim edirik. Abunə təklifləri və qiymətlər bir ölkədən digərinə görə dəyişə bilər. Bölgənizdə Premium mövcuddursa, Premium təkliflərimizi Profil səhifəsində yoxlaya bilərsiniz.

Nömrəmi dəyişə bilərəm?

Getcontact hesabınızdakı nömrənizi dəyişdirmək mümkün deyil. Cari Getcontact nömrəniz artıq mövcud deyilsə və yeni nömrə istifadə edirsinizsə, cari abunəliyinizi ləğv edib tətbiqdən çıxa bilərsiniz. Sonra yeni nömrəniz üçün yeni bir hesab yarada bilərsiniz. Premium abunə və s. kimi hüquqlarınızı yeni nömrənizə köçürmək üçün aşağıdakı üsullardan istifadə etməyi təklif edirik:

- Premium hesab-fakturası Apple Store-dan edilibsə, tətbiqdəki Premium səhifəsində "Satınalmaları bərpa et" düyməsinə vuraraq premium abunə imtiyazlarınızı yeni nömrənizə köçürə bilərsiniz. Faktura hazırlandığı hesaba girişi itirmisinizsə, premium hüquqlarınızı da itirəcəksiniz.

- Faktura kredit kartı və ya mobil operator vasitəsi ilə edildiyi təqdirdə support@getcontact.com elektron ünvanı ilə əlaqə qurun. Getcontact mütəxəssisi vəziyyəti araşdıracaq və alış-verişinizi yeni nömrənizə köçürəcəkdir. Unutmayın ki, bu vəziyyətdə bu satınalmalar əvvəlki nömrəniz üçün artıq olmayacaqdır.

Abunəlik paketlərinin üstünlükləri nələrdir?

Ən son abunə paketlərimizi və xüsusiyyətlərimizi görmək üçün, https://premium.getcontact.com/ səhifəsinə daxil olun.

Abunə olmağa necə başlaya bilərəm?

Alt menyudakı "Digər" bölməsində "Getcontact Premium" -dan Getcontact abunə paketlərini yoxlaya və isdiyiniz paketə başlaya bilərsiniz.

Kredit kartı və ya mobil operatoru ilə aşağıdakı link vasitəsilə əldə edə bilərsiniz: https://premium.getcontact.com/ Xahiş edirik unutmayın ki, Getcontact Premium sizin ölkənizdə mövcud olmaya da bilər.

Qalan limitlərimi necə öyrənə bilərəm?

Qalan limitlərinizi bu addımları izləyərək yoxlaya bilərsiniz: Digər> Abunəlik Məlumatı.

Bir nömrəni necə bloklaya və spam kimi bildirə bilərəm?

Gələn nömrəni axtardığınızda gördüyünüz "Şikayət et" düyməsini istifadə edərək istifadəçini bildirə və ya blok edə bilərsiniz.

- Sadecə nömrəni bildirsəniz, daha sonra bu SPAM olaraq sizə göstəriləcəkdir.

- Nömrəni həm bildirsəniz həm də bloklasanız, bir daha bu nömrədən zənglər gəlməyəcəkdir.

Getcontact profilimlə əlaqəli məlumatların surətini istəyə bilərəmmi?

Bəli, biz sizin üçün bütün məlumatlarınızın bir nüsxəsini oxunabilən rəqəmsal formatda yükləməyinizə imkan verən bir məlumat daşınması xüsusiyyəti yaratdıq. Nüsxəni tələb etmək üçün Məxfilik İdarəetmə Mərkəzimizə müraciət edin https://www.getcontact.com/manage

Spam zənglərindən özümü necə qoruya bilərəm?

Əgər iOS cihazından istifadə edirsinizsə;

Getcontact-ın alt menyusundakı "Müdafiəni aktivləşdirin" düyməsinə vuraraq, təlimatlara uyğun olaraq spam qorunmasını aktivləşdirə bilərsiniz.

Bu addımdan sonra, Spam ekranını aşağı sürüşdürərək və "Spam Parametrləri" ndakı "Parametrləri dəyişdir" düyməsinə vuraraq, "Bütün spam zənglərini bloklayın" və "Spam və fırıldaqçı çağırışları üçün xəbərdarlıq et" seçimlərindən birini seçə bilərsiniz.

Əgər Android cihazından istifadə edirsinizsə;

Spam qorunmasını iki fərqli yolla aktivləşdirə bilərsiniz:

- Tətbiqi quraşdırdığınız zaman müəyyən icazələr verdiyiniz təqdirdə spam qorunması aktiv olur.

- Bu icazələri verməmisinizsə, alt menyudakı "SPAM" nişanından əldə edə biləcəyiniz "Müdafiəni aktivləşdir" menyusundakı təlimatlara əsasən spam qorunmasını aktivləşdirə bilərsiniz.

Bu addımdan sonra, Spam ekranını aşağı sürüşdürərək və "Spam Parametrləri" ndakı "Parametrləri dəyişdir" düyməsinə vuraraq, "Bütün spam zənglərini bloklayın" və "Spam və fırıldaqçı çağırışları üçün xəbərdarlıq et" seçimlərindən birini seçə bilərsiniz."

Telefon kitabçamdakı kontaktlar Getcontact istifadə edənlər tərəfindən axtarıla bilərmi?

Telefonunuzun kitabçasındakı kontaktlar heç vaxt Getcontact tərəfindən ictimailəşdirilə və ya axtarışa verilə bilməz. Telefon kitabçasındakı kontaktlara giriş icazəsi yalnız razılığınızı verdiyiniz təqdirdə mümkün ola bilər və icazə yalnız sizin tərəfindən verilmiş məqsəd üçün istifadə edilə bilər. Xidmətlərimizi optimallaşdırmaq və ya tətbiqdə razılıq və icazə prosesi ərzində izah ediləcək xüsusi xüsusiyyətləri aktivləşdirmək üçün telefon kitabçanıza daxil olmaq üçün icazə istəyə bilərik. Əlavə məlumat üçün, Məxfilik Bəyanatımıza müraciət edin https://www.getcontact.com/privacy

Səhvən bir nömrəni spam olaraq qeyd etdim. Bunu necə düzəldə bilərəm?

Bir nömrə axtardıqdan sonra ekranda görünəcək "Kilidi aç" düyməsini istifadə edərək, nömrəni blokdan və spam siyahısından çıxara bilərsiniz.

Alt menyudakı "Spam" düyməsini basaraq səhifəni aşağı sürüşdürməklə, "Spam Parametrləri" -dən "Blok Siyahıya" daxil ola bilərsiniz və spam olaraq qeyd etdiyiniz nömrəni sola sürüşdürərək spam siyahısından çıxara bilərsiniz.

Telefon nömrəm spam kimi verilmişdir.

Getcontact nömrələri inkişaf etmiş bir alqoritm ilə spam olaraq müəyyənləşdirir. Nömrənizin səhv olaraq spam olaraq verildiyini düşünürsünüzsə, support@getcontact.com ünvanımıza müraciət edin. Nömrəniz Getcontact mütəxəssisi tərəfindən araşdırılacaq. Spam filtrimizdə olan nömrəniz üçün hər hansı bir dəyişiklik edəcəyimizə və ya oradan silməyəcəyimizə zəmanət vermirik.

Bir telefon nömrəsi spam olaraq necə qeyd olunur?

Spam identifikasiyası təhlükəsizliyinizi ən yüksək səviyyədə saxlayan xüsusi bir alqoritm ilə hazırlamışdır. Getcontact milyonlarla istifadəçinin rəyini nəzərdən keçirir və zəngin spam olub olmadığına qərar verir. Gündən-günə bu istiqamətdə texnologiyamızı inkişaf etdirməyə davam edirik.

Xətalar barədə məlumat verə bilərəmmi?

Geribildiriminizi alqışlayırıq və xidmətlərimiz sizin dəstəyiniz sayəsində davam edir, lütfən burada bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Tətbiqdə Yardım> Bizimlə əlaqə bölməsindən istifadə edə bilərsiniz.

Səhvləri aşağıdakı link vasitəsilə bildirə bilərsiniz: https://www.getcontact.com/send-report

E-mail: support@getcontact.com

Zəhmət olmasa, elektron poçt vasitəsi ilə bizə rəy bildirərkən aşağıdakı məlumatları verməyi unutmayın!

Telefon nömrəsi:

Cari ölkə:

Platforma (Android, IOS, Veb):

Tətbiq versiyası:

Mövzu:

5001 xəta kodu nədir?

Bu xəta, Getcontact serverlərindəki müvəqqəti bir problem üzündən baş vermiş ola bilər. Tətbiqdən çıxdıqdan sonra bir müddət gözləyə və sonra yenidən cəhd edə bilərsiniz. Problem həll olunmazsa, Müştəri dəstəyi ilə əlaqə saxlayın.

5003 xəta kodu nədir?

Bu xəta kodunun bir neçə səbəbi ola bilər. Tətbiqdən istifadə etmək üçün aktiv internet bağlantınız olmalıdır. Zəhmət olmasa internet bağlantınızı yoxlayın. Bu problem bəzi IP və ya domenlərdə, hökumətlər tərəfindən tətbiq edilən məhdudiyyətlər səbəbindən də baş verə bilər. Problem həll olunmazsa, Müştəri dəstəyi ilə əlaqə saxlayın.

Abunəliklərimi necə idarə edirəm?

Satın alma üçün istifadə etdiyiniz kanaldakı abunəliklərinizi idarə edə bilərsiniz.

Google Play Store vasitəsilə satın alınan abunəliklər üçün: Abunəlikləri aşağıdakı linkə daxil olduqdan sonra abunəlikləri Menyu > Abunəliklər səhifəsi idarə edə bilərsiniz: https://play.google.com/store/account/subscriptions

Apple Store vasitəsilə satın alınan abunəliklər üçün: Abunəlikləri aşağıdakı linkə daxil olduqdan sonra "Abunəliklərinizi idarə edin" düyməsinə vuraraq idarə etmək olar https://support.apple.com/en-us/HT202039

Veb sayt vasitəsilə satın alınan abunəliklər üçün: Abunəlikləri bu link vasitəsilə daxil olduqdan sonra aşağıdakı addımları izləməklə idarə etmək olar https://premium.getcontact.com

"Profil səhifəsi > Ödənişlər & Abunəliklər > Abunəlik Planını idarə edin"

Nəzərinizdə saxlayın ki, abunəliyinizi ləğv etdikdən sonra da ödədiyiniz müddət üçün planınızdakı limitlərdən istifadə etməyə davam edə bilərsiniz. Bir abunəlik ləğv edildikdə, əvvəlki abunəlik dövrləri üçün ödənilmiş ödənişlər geri qaytarılmayacaq və hesablaşma dövrü yenidən başlamazdan əvvəl ləğv edilmiş abunəliklərdə qalan dövrlər üçün edilmiş ödənişlər də geri qaytarılmayacaqdır.