Məxfilik Siyasəti

Xülasə

Aşağıda bu Konfidensiallıq Siyasətinin bəzi əsas şərtlərinin xülasəsi verilmişdir. Bu xülasə yalnız istinad üçündür və Konfidensiallıq Siyasətinin bir hissəsini təşkil etmir.

GetContact-da biz istifadəçilərimizi dinləməyə və şəffaf və təhlükəsiz xidmət təklif etmək məqsədi ilə dəyərlərimizin əsasını təşkil edən Konfidensiallıq və ədalətli istifadə prinsiplərini qorumağa borcluyuq. Fərdi məlumatlarınızın bizimlə təhlükəsiz və etibarlı əllərdə olduğundan əmin olmanızı istəyirik.

Bu Konfidensiallıq Siyasəti aşağıdakıları izah edir:

  • fərdi məlumatınızı necə toplayırıq;
  • hansı fərdi məlumatları toplayırıq;
  • fərdi məlumatlarınızı necə istifadə edirik;
  • fərdi məlumatlarınızı kiminlə paylaşırıq; və
  • fərdi məlumatlarınıza gəldikdə mövcud olan hüquqlarınız və seçimləriniz.

Konfidensiallıq Siyasəti

Sonuncu dəfə 12 iyul 2018-ci il tarixində dəyişiklik edilib.

1. Biz kimik?

Biz "GetContact" "bizim", "biz" və ya "bizə" deyərkən GetContact MMO haqqında danışırıq. Bu Konfidensiallıq Siyasəti ("Konfidensiallıq Siyasəti") başqa cür göstərilmədiyi halda, bütün tətbiqlərimiz, xidmətlərimiz, oyunlar, xüsusiyyətlər, proqram təminatı və veb sayta (birlikdə "Xidmətlər") tətbiq olunur.

Bu Konfidensiallıq Siyasəti sizin fərdi məlumatlarınızı necə istifadə edəcəyimizi və fərdi məlumatlarınızın təhlükəsiz və məxfi saxlanılmasını təmin etmək üçün atdığımız addımları izah edir. Bu, bizim Xidmət Şərtlərimiz-lə birlikdə oxunmalıdır.

2. Biz fərdi məlumatları necə toplayırıq?

Hər zaman sizin ilkin açıq və təsdiq razılığını əldə etmək şərti ilə, sizin fərdi məlumatlarınızı veb-saytlar, mobil proqramlar və ya GetContact tərəfindən idarə olunan digər oxşar qurğular, kanallar və ya tətbiqlər (proqramlar) vasitəsilə əldə edə bilərik.

3. Hansı fərdi məlumatları toplayırıq?

Biz sizin haqqınızda fərdi məlumatları Xidmətlərimiz üçün qeydiyyatdan keçdikdə və ya onlardan istifadə etməyə razılıq verdiyinizdə toplayırıq. Məsələn, sizin adınızı, telefon nömrənizi və ya elektron poçtunuzu toplaya bilərik.

Qeyd edək ki, bizə təqdim etdiyiniz bütün məlumatları, məzmunu, materialları və ya datanı yoxlamağa və onların düzgünlüyünü, tamlığını, dəqiqliyini və yanlış olmadığnı təmin etməyə cavabdeh sizsiniz.

Könüllü olaraq təqdim edə biləcəyiniz məlumatlar

Xidmətlərimizin bəzi hissələri sizdən fərdi məlumatlarınızı könüllü olaraq təqdim etməyinizi tələb edə bilər. Məsələn, bizdə hesabınızı qeydiyyatdan keçirmək, Xidmətlərimizdən istifadə etmək, marketinq xidmətlərinə abunə olmaq və ya bizə sorğu göndərmək üçün aşağıdakı kimi müəyyən məlumatlarınızı istəyə bilərik:

  • Əlaqə və yazışma məlumatları (ad və elektron poçt kimi);
  • İstifadəçi adı və şifrəsi;
  • Profil məlumatları (profil şəkili və bioqrafiya); və
  • Bizə vermək üçün seçdiyiniz digər məlumatlar (itirilmiş hesabı müəyyənləşdirmək üçün məlumatlar).

Təqdim etməniz istənilən fərdi məlumatlar və bu məlumatları tələb etmə səbəblərini fərdi məlumatlarınızı istədiyimiz anda izah etməyə çalışacağıq.

Həmçinin Xidmətlərimizlə qarşılıqlı əlaqənizlə bağlı olaraq məlumatlar təqdim etməyi seçə bilərsiniz. Məsələn, Xidmətlərimizi optimallaşdırmaq və GetContact ictimaiyyətində aktiv olan istifadəçilər üçün potensial fırıldaqçılıq və ya istənməyən spam-ın qarşısını almaq məqsədilə bizim təq etmə funksiyamızdan spam kimi identifikasiya üçün bir telefon nömrəsi göstərə bilər və ya axtarış kataloqu daxilində toplanıb təsdiqlənməsi üçün digər profil məlumatlarımızı paylaşa bilərsiniz.

Xidmətlərimiz Google Play və ya Apple App Store-dan əldə edildikdə, Xidmətlərimizi optimallaşdırmaq üçün yalnız icazə verilən və açıq şəkildə mövcud olan məlumatlardan istifadə edəcəyik.

Biz açıqlanmayan əlaqə vasitələrini və fərdi məlumatları açıq və təsdiqləyici icazə olmadan yayınlamır və ya açıqlamırıq.

Xidmətlərimiz Google Play və ya Apple App Store-dan başqa mənbələrdən əldə edildikdə, ünvan kitabınızdakı adlar və nömrələr kimi əlaqə məlumatlarını bizimlə paylaşmağı seçə bilərsiniz. Bununla belə, ünvan kitabını ictimaiyyətə açıqlamaq və ya axtarışa təqdim etmək üçün yükləmirik.

Avtomatik şəkildə toplanıla biləcək məlumatlar

Xidmətlərimizdən istifadə etdiyiniz zaman biz sizin və / və ya cihazınızdan avtomatik olaraq fərdi məlumatlar hesab edilə biləcək məlumatları məlumatların qorunmasına dair tətbiq olunan qanunlar çərçivəsində toplaya bilərik. Məsələn:

  • Xidmətlərimizdən istifadəniz barəsində məlumatlar və təhlillər;
  • Sizin IP ünvanınız və mobil cihazınızın identifikatorları (cihazınıza dair ID, reklam ID, MAC ünvanı, IMEI);
  • Cihazınız haqqında məlumat, cihazın adı və əməliyyat sistemi, brauzerin növü və dil kimi məlumatlar;
  • Cookies və bənzər texnologiyalarla topladığımız məlumatlar;
  • IP ünvanınıza əsaslanan geniş coğrafi yerləşmə;
  • dəqiq coğrafi yerləşmə məlumatları (GPS, sizin razılığınız ilə); və
  • Xidmətlərimizdən istifadəniz haqqında məlumatlar, məsələn, tətbiqdən istifadə və istifadəyə dair göstəriciləri.

Reklam ID (Advertising ID) Apple-də Reklamçılar üçün Apple İdentifikatoru ("IDFA") və Google Advertising Identity ("GAID") [ Google Reklam Identifikasiyası] deməkdir. Bunlar reklamverənlərin maraq əsaslı reklam üçün istifadə etdiyi mobil cihazlara aid unikal identifikatorlardır. Onlar bütün tətbiqlərə uyğunlaşa bilirlər və bu da çarpaz tətbiq (proqram) izlənməsinə imkan verir. Apple-də bundan "reklamların izləməsini məhdudlaşdırmaq [limit ad tracking]" funksiyasını Konfidensiallıq parametrlərindən seçərək imtina edə bilərsiniz. Google Android-də isə bundan "Opt-out of interest based ads"[ maraq əsaslı reklamlardan imtina et] funksiyasını seçməklə imtina edə bilərsiniz.

Reklam İD-ləri daimi olmayan, qeyri-fərdi identifikatorlardır ki, unikal olaraq sizin cihazınızla əlaqədardır. Oxşar texnologiyalara reklamlar daxilində izləmə pikselləri ( tracking pixels) daxildir. Bu texnologiyalar siz veb saytlardan və tətbiqlərdən istifadə etdiyiniz zaman şirkətlərə (marketinq və reklamçılar daxil olmaqla) cihazınızı tanımaq imkanı verir.

Cihazınız haqqında məlumat cihazın növü, cihaz modeli, cihazın istehsalçısı, cihaz əməliyyat sistemi və onun dili və ya ekran ölçüsü və ya prosessor kimi digər texniki məlumatlara və ya cihazın müəyyən bir tətbiq ilə uyğunluğunu yoxlamaq üçün developerə açıq bir cihazdan əldə edilə bilən bu məlumatların birləşməsinə əsaslanır.

Bu məlumatların bəziləri kukilərdən və ya sonrakı hissələrdə izah edildiyi kimi oxşar texnologiyalardan ("SDKs" və ya proqram təminatı alətləri) istifadə etməklə toplana bilər.

Üçüncü tərəf mənbələrdən əldə edə biləcəyimiz məlumatlar

Biz sizin haqqınızda fərdi məlumatları üçüncü tərəf mənbələrdən əldə edə bilərik. Məsələn, Sizi Xidmətlərimizdən birinə yönəldəcək bir reklamı kliklədiyiniz təqdirdə, reklam şəbəkəsindən və reklam kampaniyasından əldə edilmiş məlumatlar verilə bilər.

Sosial media hesabınız vasitəsi ilə Xidmətlərimizə qoşulmağı seçə bilərsiniz. Sosial media hesabınızdan hansı məlumatlarınızı əldə etməmiz sizin sosial media konfidensiallıq parametrlərinizdən asılı olacaq, lakin bura tipik olaraq sizin əsas açıq profil məlumatlarınız daxil olacaq, məsələn:

  • İstifadəçi adınız;
  • Profil şəkiliniz;
  • yaşınız; və
  • cinsiyyətiniz

Tərəfdaşlarımızdan toplaya biləcəyimiz məlumatlara aşağıdakılar daxil ola bilər;

  • Xidmətlərimizlə üçüncü tərəf aracıları (Facebook, Apple və ya Google) ilə əlaqə qurduğunuz təqdirdə, əldə etdiyimiz məlumatlar;
  • Demoqrafik məlumatlar (İP ünvanınızın yerini müəyyənləşdirmək üçün);
  • Fırıldaqçılıqla mübarizə aparmaq üçün (reklamçılıqda fırıldaqçılığa klikləmək);
  • Xidmətlərimizin işlədiyi platformalardan məlumatlara (ödənişi təsdiqləmək üçün); və
  • Sizə göstərdiyimiz xidmətləri optimallaşdırmaq üçün Reklam və analiz məqsədi ilə məlumatlar

Biz sağlamlıq, irq, din, siyasi fikirlər, cinsi seçimlər və oriyentasiya haqqında hər hansı bir məlumat kimi xüsusi və ya həssas informasiya növlərini tələb etmirik və ya toplamaq niyyətində deyilik.

4. Fərdi məlumatlarınızdan necə istifadə edirik?

İlkin razılığınızı əldə etmək şərti ilə, sizin fərdi məlumatlarınızı aşağıdakı kimi istifadə edə bilərik:

  • Sizə Xidmətlərə daxil olmaq və istifadə imkanı vermək üçün. Məsələn;
  • İstifadəçi hesabları və profilləri yaratmaq;
  • Spam-i və ya zərərli caller ID-ni müəyyənləşdirmək və təsdiqləmək;
  • Sizi öz tətbiqlərimizin düzgün versiyaları ilə təmin etmək; və
  • Sizə təsdiqlər, texniki bildirişlər, yenilənmələr, təhlükəsizlik xəbərdarlıqları və dəstək və ya inzibati mesajlar daxil olmaqla, xidmətlə əlaqəli ismarıclar göndərmək.

Daha dəqiq şəkildə desək, sizin fərdi məlumatlarınızı naməlum nömrələrin və digər məlumatların zəng və ya mesaj qeydlərində (cihazınızdakı gələn və ya gedən zənglərlə bağlı müəyyən bir sayda əlaqəli ad və ya tağların müəyyən edilməsi daxil olmaqla) yoxlanılmasına icazə verən tətbiq daxili zəng edən abonentlərin identifikasiyası və təsdiqləmə funksiyasını təmin etmək üçün istifadə edə bilərik. Bu funksiya nömrə ilə əlaqədar fərdi məlumatları yalnız nömrə artıq ictimai məlumat bazasında axtarış üçün mövcud olduqda və ya GetContact kataloqunun bir hissəsi kimi öz nömrə və profilini axtarışa açıq və yayımlanmasına dair razılıq verən GetContact istifadəçisi ilə əlaqədar olarsa açıqlaya bilər.

  • Xidmətlərimizin xüsusiyyətlərini fərdiləşdirmək və təkmilləşdirmək. Misal üçün;
  • Müştəri dəstək tələblərinizə cavab vermək;
  • Xətaları və qarşılıqlı əlaqə yaradılmasına dair problemləri həll etməmiz üçün Sizin və ya cihazınızın Xidmətlərimizlə bağlı hər hansı bir problemlə əlaqədar xəta mesajları almaq;
  • Qanunsuz fəaliyyətlərin aşkarlanması və qarşısının alınması;
  • Marketinq kampaniyalarının təsirini ölçmək məqsədi ilə proqram quraşdırmalarını izləmək;
  • İstəyə bağlı olaraq istifadəçilərlə rəy sorğusu aparmaq;
  • Növbəti dəfə Xidmətlərimizdən istifadə ilə əlaqədar veb saytımızı ziyarət etdiyiniz zaman sizi yadda saxlamaq; və
  • Tərəfimizdən təklif edilən məhsullar və xidmətlərlə əlaqədar aksiyalar, mükafatlar, qarşıdan gələn tədbirlər və digər xəbərlərlə əlaqədar sizinlə əlaqə yaratmaq.

Biz sizin fərdi məlumatlarınızı bizim xidmətlərimizlə qarşılıqlı əlaqənizə uyğun olaraq bizim "GetContacted" funksiyası vasitəsi ilə profil ziyarətləri və ya əlaqəli kataloq axtarışları ilə bağlı bildirişlər vermək üçün, Xidmətlərimizin digər istifadəçiləri ilə birbaşa və ya dolayısı ilə əlaqəli ola biləcək hər hansı bir əlaqənin fəaliyyəti daxil olmaqla, məlumatları sizinlə paylaşmaq üçün istifadə edə bilərik.

  • Aşağıdakıların bəziləri və ya hamısı ilə əlaqədar sizinlə əlaqə yaratmaq:
  • Xidmətlərimizlə qarşılıqlı əlaqələrinizə əsaslanaraq sizə tətbiq-daxili təkliflər və mükafatlar təqdim etmək;
  • Uyğun hədəf reklamlarla sizə xidmət göstərmək; və
  • Əgər mükafatlar və aksiyalarla bağlı marketinq xəbərlərinə və bülletenlərə abunə olmusunuzsa, onları sizə göndərmək.
  • Bazar tendensiyalarının və müştərilərə dair demoqrafik göstəricilərin təhlili kimi tədqiqatlar üçün;
  • Qanunvericilikdə tələb olunduğu hallarda fırıldaqçılığın qarşısını almaq və ya aşkar etmək və ya səlahiyyətli orqanlara məlumat vermək də daxil olmaqla hüquqi öhdəliklərə riayət etmək.

Xidmətlərimizdən istifadə etdiyiniz zaman fərdi məlumatlarınızın marketinq məqsədləri ilə istifadəsinə icazə verilməməsi funksiyasını seçə bilərsiniz. Əgər buna nə vaxtsa icazə versəniz, istədiyiniz zaman və heç bir ödənişsiz buradakı xidmətlərimizdən imtina etməklə, razılığınızı geri götürə bilərsiniz.

5. Biz nə üçün sizin fərdi məlumatlarınızı emal edirik?

Biz sizin fərdi məlumatlarınızı (bölmə 4-də təsvir edildiyi kimi) yalnız mövcud qanunvericilik çərçivəsində toplayacaq və istifadə edəcəyik. Sizin fərdi məlumatlarınızı emal etmə səbəblərimiz aşağıdakı kimidir:

1. Razılıq – əgər açıq və təsdiqləyici razılığınızı vermişsinizsə, biz yalnız zəruri hallarda, sizin fərdi məlumatlarınızı toplayacaq və emal edəcəyik.

2. Qanuni maraqlar – Həssas və qanuni biznes maraqlarımız olduğu zaman, biz sizin fərdi məlumatlarınızın bir hissənin istifadə və emal edə bilərik. Avropa Konfidensiallıq qanunları çərçivəsində qanuni maraqlar konsepsiyası mövcuddur ki, bu da sizin fərdi məlumatlarınızın emalına əsas verir. Bizim sizin fərdi məlumatlarınızı emal etməyimizə dair qanuni maraqlarımız bizim sizin Xidmətlərimizə daxil olmanıza və onlardan istifadə etmənizə imkan vermək, Xidmətlərimizlə əlaqədar sizinlə ünsiyyət yaratmağımıza və Xidmətlərimizi təkmilləşdirməyimiz üçündür.

6. Fərdi məlumatlarınızı kiminlə paylaşırırq?

Bizim Xidmətlərimizdən istifadə etdiyiniz zaman sizin fərdi məlumatlarınızı aşağıdakı tərəflərə açıqlaya bilərik:

  • Bizim qrup şirkətlərimizə, üçüncü tərəf xidmət təminatçılarına və ərazinizin xaricində yerləşənlər də daxil olmaqla bizə məlumat emalı xidmətlərini göstərən tərəfdaşlarımıza. Misal üçün, Xidmətlərimizin çatdırılmasını dəstəkləyən, funksionallığı təmin edən və ya təhlükəsizliyin təminatına kömək edən və bu Konfidensiallıq siyasətində təsvir edilən və ya fərdi məlumatlarınızı topladığımız zaman sizə xəbərdarlıq edilən məqsədlər üçün fərdi məlumatlarınızı emal edən tərəflər
  • hər hansı bir səlahiyyətli hüquq-mühafizə orqanına, tənzimləyici orqana, məhkəməyə və ya açıqlamanın vacib olduğuna inandığımız üçüncü tərəfə.
  • açıqlamaya razılıq verdiyiniz hər hansı bir şəxsə

7. Hansı kuki-lərdən (cookies) istifadə edirik?

Kuki (cookie) kompüterinizdə və ya cihazınızda yerləşən çox kiçik mətn faylıdır. Biz və tərəfdaşlarımız Xidmətlərimizi təmin etmək, fərdiləşdirmək, istifadəni təhlil etmək, hədəf reklamlar və fırıldaqçılığın qarşısını almaq üçün kukilərdən (cookies) və bənzər texnologiyalardan istifadə edir. Siz kukiləri brauzerinizdə və ya cihazınızda söndürə bilərsiniz, lakin onda Xidmətlərimizin bəzi hissələri düzgün fəaliyyət göstərməyə bilər.

8. Xidmətlərimizdə hansı reklamları göstəririk?

Xidmətlərimizdə gördüyünüz nümayiş olunan reklamlar bizim adımızdan üçüncü tərəf reklam şirkətləri tərəfindən təqdim olunur. Bu reklamı təmin etmək üçün, məsələn, adınızı, ünvanınızı, e-poçt ünvanınızı və ya telefon nömrənizi müəyyən edən heç bir məlumatdan istifadə edilmir. Sizin üçün uyğun olma ehtimalı ən çox olan reklamı göstərmək üçün, bu üçüncü tərəf reklamçıları brauzerinizə unikal cookie yerləşdirə və ya onu tanıya bilər. Bu cookie haqqınızda fərdi məlumatlar toplamır və sizinlə əlaqəli olan hər hansı bir məlumatla əlaqələndirilmir. Xidmətlərimizdən istifadə etməklə, bu məqsədlərlə üçüncü-tərəf kukilərin istifadəsinə razılıq verirsiniz.

Onlayn reklamlar və bu məlumatların bu şirkətlər tərəfindən necə istifadə ediləcəyi barədə seçim haqqında daha çox məlumat istəyirsinizsə,

http://www.youronlinechoices.com/uk/your-ad-choices saytından daha çox məlumat əldə edə bilərsiniz.

9. Fərdi məlumatlarınızı təhlükəsiz saxlamaq üçün hansı addımları atırıq?

Fərdi məlumatlarınızıın təhlükəsizliyi bizim üçün çox vacibdir. Buna görə də, harada mümkündürsə, sizin haqqınızda məlumatların təhlükəsizliyini təmin etməyə kömək edən HTTPS-dən istifadə edirik. Lakin internet üzərindən heç bir məlumatın ötürülməsinin təhlükəsizliyi tamamilə təmin edilə bilməz.

Bizə açıqladığınız məlumatları təhlükəsiz olaraq saxlamaq üçün əlimizdən gələni edirik. Bununla yanaşı, bizə göndərdiyiniz hər hansı bir məlumatın təhlükəsizliyini zəmanət verə və ya təmin edə bilmirik. Siz də bunu öz hesabınıza edə bilmirsiniz. Xidmətlərimizdən istifadə edərək, məlumatların onlayn şəkildə təqdim edilməsinə görə özünəməxsus riskləri qəbul edirsiniz və təhlükəsizliyin pozulmasına görə bizi cavabdeh hesab etməyəcəksiniz.

10. Fərdi məlumatınızı nə qədər müddət saxlayırıq?

Qanunla daha uzun saxlama müddəti tələb edilənə və buna icazə verilənə qədər, biz sizin fərdi məlumatlarınızı yalnız əsaslandırılmış şəkildə vacib olduqda bu Konfidensiallıq Siyasətində nəzərdə tutulmuş məqsədlər və hüquqi öhdəliklərimizi yerinə yetirmək, mübahisələri həll etmək və müqavilələrimizi yerinə yetirmək kimi qanuni biznes məqsədlərimiz üçün istifadə edəcəyik.

Məsələn, potensial spam riskləri və ya fırıldaqçılıq şablonlarını müəyyən etmək və hədəf almaq üçün bu məlumatlardan istifadə etdikdən sonra, (30) gün ərzində saxlanılan bütün zəng qeydlərinin silirik.

11. Fərdi məlumatınızı yaşadığınız ölkədən kənarda saxlayır və / və ya kənara ötürürükmü?

Xidmətlərimiz təbiətinə görə qlobaldır və sizin fərdi məlumatlarınız yaşadığınız ölkədən kənarda saxlanıla, başqa ölkəyə ötürülə və ya başqa ölkədə emal edilə bilər. Bu ölkələrin ölkənizin qanunvericiliyindən fərqli olan məlumatların qorunması qanunları ola bilər. Konfidensiallıq Siyasətimizdə açıqlandığı kimi, məlumatlarınızı qorumaq üçün adekvat təhlükəsizlik tədbirlərinin yerində olmasının təmin edilməsi üçün addımlar atırıq. Tərəfdaşlarımızın istifadə edə biləcəyi lazımi təhlükəsizlik tədbirlərinə Aİ Komissiyası tərəfindən təsdiqlənmiş standart müqavilə şərtləri və ABŞ-a ötürülməsi halında Privacy Shield (Konfidensiallıq Qoruması) sertifikatlaşdırması daxildir.

12. Yaş məhdudiyyətləri

Biz bilərəkdən 16 yaşı tamam olmayan şəxslər haqqında məlumatları toplamır və ya bu məlumatları tələb etmir, və ya birbaşa və ya maraq əsaslı reklamları onlara yönləndirmir və hədəfləmirik, və ya 16 yaşı tamam olmayan şəxslərin Xidmətlərimizdən istifadəsinə bilərəkdən icazə vermirik. Əgər uşağınızın sizin razılığınız olmadan öz fərdi məlumatlarını bizə təqdim etdiyini öyrənsəniz, onda bizi legal@getcontact.com ünvanından xəbərdar edə bilərsiniz. 16 yaşından kiçik uşaqlardan fərdi məlumatlar topladığımızı öyrənsək, o zaman mümkün olan ən qısa müddətdə məlumatları silmək üçün dərhal tədbirlər görürük.

13. Fərdi məlumatlarınıza dair hüquqlarınız və bizimlə necə əlaqə saxlamalı

Məlumatların qorunması haqqında mövcud və tətbiq olunan qanunvericiliyə əsasən, bizdən yazılı surətdə tələb etdiyiniz halda, sizin haqqınızda saxladığımız fərdi məlumatların surətini tələb etmək hüququna maliksiniz.

  • Əldə etmək hüququ: bizdən fərdi məlumatlarınızın surətlərini tələb etmək hüququ;
  • Düzəliş etmək hüquq: yanlış və ya natamam fərdi məlumatlarınıza düzəliş etmək hüququ;
  • Silmək hüququ: sizin fərdi məlumatlarınızı sistemlərimizdən silmək və ya yığışdırmaq hüququ;
  • Sizin məlumatlarınızdan istifadə etməyimizi qadağan etmək hüququ: bizim sizin məlumatlarınızdan istifadəmizi qadağan etmək və ya istifadə üsulumuzu məhdudlaşdırmaq hüququ;
  • Məlumatın daşınabilmə hüququ: fərdi məlumatlarınızın daşınması, surətinin çıxarılması və ya ötürülməsinə dair tələb hüququ;
  • Etiraz hüquq: fərdi məlumatlarınızın istifadəsinə, o cümlədən bu məlumatların qanuni maraqlarımız çərçivəsində istifadəsinə etiraz hüququ.

Bu Konfidensiallıq Siyasətində müəyyən edilmiş hüquqlarınızın həyata keçirilməsi üçün sorğu göndərmək və ya şikayət etmək üçün bizimlə legal@getcontact.com ünvanından əlaqə saxlamağınızı xahiş edirik.

14. Bu Konfidensiallıq Siyasətinə Dəyişikliklər

Bu Konfidensiallıq Siyasətinə istənilən vaxt düzəlişlər etmək və ya onu dəyişdirmək hüququna sahibik və dəyişikliklər Xidmətlərimizdə elan ediləcəkdir. Ən son dəyişikliyin tarixi bu səhifədə görünəcək. Əgər bu siyasətə vacib dəyişikliklər etsək, biz sizi elektron poçt kimi digər vasitələrlə xəbərdar edəcəyik. Qanunla tələb olunduğu hallarda, bu dəyişiklikləri etmək üçün sizin razılığınızı əldə edəcəyik. Əgər hər hansı bir dəyişikliklə razılaşmırsınızsa, Xidmətlərimizdən istifadə etməməyinizi xahiş edirik.