İstifadə Qayadaları

Xidmət Şərtləri

Bu xidmət şərtləri 1 mart 2018-ci il tarixindən qüvvəyə minmişdir.

GetContact MMO ("GetContact," "bizim," "biz," və ya "bizə") sizin sosial media profilinizi və kataloqumuzdakı axtarış kontaktlarınızı vahid halda birləşdirmək bacarığı ilə spam və istənilməyən zənglərin aktiv bloklanması üçün inteqrasiya olunmuş caller ID [zəng edənin identifikasiyası] xidməti göstərir. Bizim necə fəaliyyət göstərdiyimizi və xidmətlərimizdən istifadə edərkən sizdən hansı davranışları gözlədiyimizi aydın şəkildə başa düşmək üçün Xidmət Şərtlərimizi oxumağınızı xahiş edirik. GetContact mobil tətbiqini, xüsusiyyətlərini, proqram təminatını və ya veb saytını (birlikdə, "Xidmətlər") yükləmək, açmaq və ya istifadə etməklə Xidmət Şərtlərimizi ("Şərtlər") qəbul edirsiniz.

İstifadəçi Davranış Kodeksi daxil olmaqla, lakin onunla məhdudlaşmayan, bu Şərtlər altında bütün öhdəliklərinizi yerinə yetirdikdə, GetContact Xidmətlərindən mobil cihaz və ya tətbiq vasitəsi ilə istifadə etmək üçün biz sizə məhdud, geri alına bilən, qeyri-müstəsna, ötürülə, sublisenziyalaşdırıla bilməyən lisenziya və hüquqlar veririk.

Bizim məqsədimizə zidd hər hansı bir istifadə və Şərtlərin pozulması qəti surətdə qadağan edilir. Ad, mülkiyyət hüququ, əqli mülkiyyət hüququ və Xidmətlərimizdə olan bütün digər hüquq və maraqlar və bütün aidiyyəti maddələr daxil olmaqla, lakin onlarla məhdudlaşmayan Şərtlərdə açıq şəkildə əksini tapmayan bütün hüquqlara sahibik.

1. Ləğvetmə

Burada Xidmətlərin istifadəsi üçün təmin edilmiş lisenziya ləğv edilənə qədər qüvvədədir. Öz cihazlarınızdan GetContact mobil tətbiqini silməklə lisenziyanızı istədiyiniz zaman ləğv edə bilərsiniz. Bu lisenziya Şərtlər çərçivəsində başqa bir yerdə göstərilən şərtlər əsasında və ya Şərtlərə dair hər hansı bir öhdəliyi yerinə yetirmədiyinizdə ləğv edilir. Bu halda belə ləğvetməni həyata keçirmək üçün GetContact tərəfindən heç bir bildiriş tələb edilməyəcək.

2. Premium Xidmətlər

Bizim GetContact mobil tətbiqimiz sizə pulsuz təklif edilir. Bununla yanaşı, gələcəkdə pulsuz hesabda mövcud olan xüsusiyyətlərə və funksionallığa əlavə olaraq müxtəlif xüsusiyyətlər, funksionallıq və xidmətlər təklif edə bilərik. GetContact, bu cür giriş ("Premium Xidmətlər") üçün birbaşa və ya Apple App Store və ya Google App store kimi, lakin onlarla məhdudlaşmayan App Store vasitəsilə ödəniş tələb edə bilər.

Premium Xidmətləri seçməklə siz müvafiq məcburi ödənişləri (o cümlədən, Premium Xidmətlər üçün nəzərdə tutulmuş dövri ödənişlər, lakin bunlarla məhdudlaşmayan) bütün aidiyyəti vergilərlə ödəməyə razı olursunuz. Xidmətin yeniləmə tarixindən əvvəl ondan imtina edərək Premium Xidmətlər hesabınızı ləğv edə bilərsiniz. Ləğvetmə fakturanı sonlandırır və cari fakturanızın sonunda Premium Xidmətlərdən istifadənizi dayandırır. Bütün haqlar və ödənişlər geri qaytarılmayandır və qismən istifadə olunan dövrlər üçün geri qaytarma və ya kredit yoxdur.

3. Uyğunluq

Xidmətlərdən istifadə etmək üçün aşağıdakı meyarlara cavab verməli, aşağıdakıları bildirməli və təmin etməlisiniz:

  • 18 yaşınız var və ya daha böyüksünüz;
  • hal-hazırda Xidmətlərin məhdudlaşdırıldığı qadağan edilmiş ərazidə yaşamırsınız
  • Şərtlərimizi qəbul etmək üçün tam güc və səlahiyyətə sahibsiniz;
  • Müəllif hüquqları və ya ticarət nişanı hüquqları kimi əqli mülkiyyət hüquqları daxil olmaqla GetContact-ın hər hansı bir hüququnu pozmursunuz; və
  • Xidmətlərdən istifadə üçün zəruri olan bütün avadanlıqları, proqram təminatını və internetə çıxış imkanını öz hesabınıza təmin etməyi qəbul edirsiniz.

4. Konfidensiallıq

Siz bizim Konfidensiallıq Siyasətimizi oxuduğunuzu qəbul edirsiniz. Bizim ən son yenilənmiş Konfidensiallıq Siyasətimizlə buradan tanış ola bilərsiniz.

5. GetContact Davranış Kodeksi

Hər hansı bir saxta, təhqiredici və ya digər qanunsuz fəaliyyətlər, ya da Davranış Kodeksimizin pozulmasına görə üzvlüyünüzün dayandırılması GetContact-ın müstəsna səlahiyyətindədir və barənizdə müvafiq orqanlara məlumat verilə bilər. Aşağıda qeyd edilmiş davranışlardan hər hansı birinə qarşı tolerantlıq nümayiş etdirə bilmirik:

  • Uyğunsuz, səhv və ya xoşagəlməz məzmun yükləməklə ləyaqətsizlik və ya dələduzluq etmək;
  • Profil səhifəsinin müəyyən edilmiş sahələrində yanlış məlumatlar dərc etmək;
  • Fiziki şəxs kimi özünüzdən başqası üçün istifadəçi profili yaratmaq;
  • Saxta kimlik yaratmaq və ya özünüzün və ya başqasının əsl şəxsiyyətini təhrif etmək;
  • Digər şəxsi/İstifadəçini narahat etmək, təhqir etmək və ya ona zərər yetirmək;
  • Özünüzə aid olmayan profil şəkili yükləmək;
  • Xidmətlərimizi təmin etmək üçün istifadə olunan əsas əqli mülkiyyətə aid mənbə kodunu [source code] tərsinə mühəndislik, dekompilyator, tərsinə çevirmə, deşifr və digər vasitələrlə əldə etməyə cəhd etmək;
  • Xidmətlərə və ya əsas texnologiyaya əsaslanan törəmə işləri uyğunlaşdırmaq, dəyişdirmək və ya yaratmaq;
  • Xidmətlərimiz daxilində və ya Xidmətlərimizdə hər hansı bir müəllif hüququ, ticarət nişanı və ya digər mülkiyyət hüquqlarına dair bildirişləri silmək;
  • Xidmətlərimizdən əldə olunan Şəxsi İdentifikasiya Məlumatları [Personally Identifiable Information] da daxil olmaqla, lakin bununla məhdudlaşmayan və Şərtlərdə açıq şəkildə icazə verilmiş və ya belə məlumatların sahibi tərəfindən aşkar şəkildə icazə verilmiş məlumatlar istisna olmaqla, hər hansı məlumatı toplamaq, istifadə etmək, surətini çıxarmaq, satmaq, yaymaq və ya ötürmək;
  • Xidmətlərə daxil olmaq, məlumat çıxarmaq [scrape], crawl və hörümçək [spider] vasitəsi ilə onlara müdaxilə etmək və ya kontaktları əlavə etmək/yükləmək üçün mexaniki və ya avtomatlaşdırılmış proqram təminatı, cihazlar, skriptlər, botlar, robotlar, digər vasitələr və proseslərdən istifadə etmək;
  • Xidmətlərin görünüşünün və ya funksiyasının freyminqi [framing], aynalanması "mirroring," və ya digər simulyasiyası ilə məşğul olmaq; və serverlərimizə və ya şəbəkəyə daxil olmaq və ya hack etmək üçün hər hansı bir cəhd daxil olmaqla, lakin bununla məhdudlaşmayan və xidmətlərimizin bütövlüyünə birbaşa və ya dolayısı ilə mane olan hər hansı bir hərəkətlə məşğul olmaq.

6. Kompensasiya

Bizə bütün üçüncü tərəf iddialar, ittihamlar və araşdırmalarla – (1) təqdim etdiyiniz və ya hər hansı bir üçüncü tərəfin hüquqlarını və ya tətbiq olunan qanunları pozan bir şey daxil olmaqla, lakin bununla məhdudlaşmayan və sizin təqsirinız ucbatından Şərtlərimizin ödənilməməsi; (2) Xidmətlərimiz vasitəsi ilə hər hansı istifadə və ya təqdim etdiyiniz məzmun; (3) Xidmətlərdə və ya Xidmətlər vasitəsi ilə məşğul olduğunuz hər hansı bir fəaliyyət səbəbindən və (4) tərəfinizdən edilmiş hər hansı bir yanlış təmsilçilik səbəbindən - əlaqədar bütün zərərlər, itkilər və xərclərə (məqbul hüquqi haqlar və xərclər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan) görə kompensasiya ödəyir və bizi zərər çəkməkdən uzaq tutursunuz , Hər hansı bir tələbin müdafiəsi və ya həllində bizə lazım olduğu qədər bizimlə tam şəkildə əməkdaşlıq edəcəksiniz.

Siz kompensasiya ödəmək və GetContact və onun törəmə şirkətlərinin, filiallarının, məmurlarının, agentlərinin və digər tərəfdaşlarının və əməkdaşlarının Xidmətlərdə və ya Xidmətlər vasitəsi ilə qeydiyyatdan keçirdiyiniz, təqdim etdiyiniz, paylaşdığınız və ya ötürdüyünüz məzmun və məlumatlardan və ya eynilərindən istifadə və ya onlara qoşulma, İstifadə şərtlərini və ya digər bir şəxsin və ya müəssisənin hər hansı bir hüququnu pozmağınız səbəbindən üçüncü tərəflərdən gələn və ağlabatan hüquqi haqlar (ödənişlər) da daxil olmaqla hər hansı bir iddia və tələbdən zərər çəkməməyinə cavabdeh olduğunuzla razılaşırsınız.

7. Zəmanətlərdən İmtina

GETCONTACT VƏ SİZİN ARANIZDA BAŞQA CÜR YAZILI RAZILAŞMANIN AÇIQ ŞƏKİLDƏ TƏQDİM EDİLMƏSİ İSTİSNA OLMAQLA, XİDMƏTLƏRİMİZ "OLDUĞU KİMİ" VƏ AÇIQ VƏ YA BAŞA DÜŞÜLDÜYÜ KİMİ ZƏMANƏTSİZ TƏQDİM EDİLİR. TAM ŞƏKİLDƏ İCAZƏ VERİLƏN MÜVAFİQ QANUN ÇƏRÇİVƏSİNDƏ GETCONTACT AÇIQ VƏ BAŞA DÜŞÜLƏN BÜTÜN ZƏMANƏTLƏR, BAŞA DÜŞÜLƏN ZƏMANƏTLƏR, XÜSUSİ MƏQSƏDƏ UYĞUNLUQ, MƏLUMATLARIN DƏQİQLİYİ, ADI, KİÇİK İSTİFADƏ VƏ YA POZULMAMA ZƏMANƏTİ DƏ DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMAYAN BÜTÜN ZƏMANƏTLƏRDƏN İMTİNA EDİR. YUXARIDA SADALANANLARI MƏHDUDLAŞDIRMADAN, GETCONTACT GETCONTACT MOBİL TƏTBİQİNDƏ VƏ YA ONUN VASİTƏSİ İLƏ MÖVCUD OLAN FUNKSİYALAR VƏ YA HƏR HANSI BİR XİDMƏTİN FASİLƏSİZ VƏ YA XƏTASIZ OLMASINA, HƏMİN ÇATIŞMAZLIQLARIN ARADAN QALDIRILACAĞINA, VƏ YA BELƏ İŞLƏYƏN GETCONTACT MOBİL TƏTBİQİNİN VƏ XİDMƏTLƏRİNİN VƏ YAXUD DA SERVERLƏRİNİN VİRUSLARDAN VƏ YA ZƏRƏRLİ KOMPONENTLƏRDƏN UZAQ OLACAĞINA ZƏMANƏT VERMİR.

GETCONTACT XİDMƏTLƏRİN İSTİFADƏSİ İLƏ ƏLAQƏDAR VƏ YA ONLARIN İSTİFADƏSİ NƏTİCƏSİNDƏ ONLARIN DÜZGÜNLÜYÜ, DƏQİQLİYİ, ETİBARLILIĞI VƏ BAŞQA HALLARA GÖRƏ ZƏMANƏT VƏ YA TƏSVİR VERMİR. GETCONTACT-IN ŞƏXSİ İDENTİFİKASİYA MƏLUMATLARININ AÇIQLANMAQDAN QORUNMASINA SƏY GÖSTƏRMƏSİNƏ BAXMAYARAQ, GETCONTACT SİZİN VƏ DİGƏR İSTİFADƏÇİLƏR ÜÇÜN MƏLUMATLARINI TƏQDİM ETMİŞ DİGƏR İSTİFADƏÇİLƏRƏ ZƏMANƏT VERMİR. XİDMƏTLƏRİMİZİN KONTAKT PAYLAŞMA ASPEKTİ KİMİ, DİGƏR İSTİFADƏÇİLƏRƏ VƏ YA KATALOQUMUZUN ÜZVLƏRİNƏ GÖRÜNƏ BİLƏN SEÇİLMİŞ ŞƏXSİ PROFİL MƏLUMATLARI TƏQDİM EDƏ BİLƏRİK. MÜVAFİQ QANUNLAR BAŞA DÜŞÜLƏN ZƏMANƏTLƏRİN İSTİSNA EDİLMƏSİNƏ İCAZƏ VERMİR, BELƏ Kİ YUXARIDAKI İSTİSNA SİZƏ TƏTBİQ EDİLMƏYƏ BİLƏR.

YUXARIDAKILARI MƏHDUDLAŞDIRMADAN, SİZ BİZİM XİDMƏT KİMİ DİGƏR ÜÇÜNCÜ TƏRƏF ARACILARINA KEÇİDLƏR DAXİL EDƏ BİLƏCƏYİMİZİ VƏ GETCONTACT-IN BU TİPLİ ÜÇÜNCÜ TƏRƏF ARACILARININ MƏZMUNU VƏ YA DAVRANIŞI ÜZƏRİNDƏ NƏZARƏTİ OLMADIĞINI VƏ HEÇ BİR TƏMSİLÇİLİK TƏQDİM ETMƏDİYİNİ VƏ BUNUNLA DA QƏTİ ŞƏKİLDƏ ÜÇÜNCÜ TƏRƏF ARACILARLA ƏLAQƏLİ ƏLEYHİMİZƏ QALDIRILMIŞ HƏR HANSI BİR İDDİADAN İMTİNA EDİRSİNİZ.

8. Məsuliyyətin Məhdudlaşdırılması

BU İSTİFADƏ ŞƏRTLƏRİNDƏ HEÇ BİR ŞEY BİZİ ETİNASIZLIĞIMIZ, FIRILDAQÇILIĞIMIZ VƏ YA SAXTA TƏHRİFİMİZ VƏ YAXUD DA İNGİLİS QANUNLARI İLƏ İSTİSNA EDİLƏ VƏ YA MƏHDUDLAŞDIRILA BİLMƏYƏN HƏR HANSI BİR MƏSULİYYƏTİMİZ UCBATINDAN MEYDANA GƏLƏN ÖLÜMƏ VƏ YA ŞƏXSİ YARALANMAYA GÖRƏ MƏSULİYYƏTİMİZİ İSTİSNA ETMİR VƏ YA MƏHDUDLAŞDIRMIR.

QANUNLA İCAZƏ VERİLƏN ÇƏRÇİVƏDƏ, AÇIQ VƏ YA DOLAYI ŞƏKİLDƏ XİDMƏTLƏRİMİZƏ VƏ YA ONLARDAKI HƏR HANSI MƏZMUNLARA TƏTBİQ EDİLƏN BÜTÜN ŞƏRTLƏRİ, ZƏMANƏTLƏRİ, TƏMSİLÇİLİKLƏRİ VƏ DİGƏR ŞƏRTLƏRİ İSTİSNA EDİRİK.

BİZ İSTƏR MÜQAVİLƏ, QANUN POZUNTUSU (ETİNASIZLIQ DAXİL OLMAQLA), İCTİMAİ VƏZİFƏLƏRİN POZULMASI, İSTƏRSƏ DƏ DİGƏR HALLARDA – GETCONTACT XİDMƏTLƏRİNİN İSTİFADƏSİNDƏN VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏ VƏZİYYƏTİNDƏN HƏTTA ÖNCƏDƏN BƏLLİ OLAN DİGƏR MƏSƏLƏLƏRLƏ BAĞLI HƏR HANSI İTKİ VƏ YA ZƏRƏRƏ GÖRƏ HƏR HANSI İSTİFADƏÇİ QARŞISINDA MƏSULİYYƏT DAŞIMIRIQ.

9. GetContact Xidmətlərindən sui-istifadə

GetContact öz tərəfdaşları və filialları ilə birlikdə şərtlərimizin şübhəli pozuntularını araşdırmaq hüququnu özündə saxlayır və pozuntu şübhəsi olan istifadəçidən və digər istifadəçilərdən məlumat toplamaq istəyə bilər. Bu cür məlumatları Konfidensiallıq Siyasətimizə uyğun olaraq toplayıb istifadə edəcəyik.

Özünün müstəsna səlahiyyəti ilə GetContact Xidmətlərdən sui-istifadə edən və ya onlardan yanlış istifadə edən hər hansı bir İstifadəçinin hesabını məhdudlaşdıra, dayandıra və ya ləğv edə bilər. Yanlış istifadəyə çoxsaylı və saxta hesablar yaratmaq; Saytdan istifadə və ya əqli mülkiyyət hüquqlarının pozulması, Davranış Kodeksinin hər hansı bir aspektini pozmaq və ya GetContact-ın öz müstəsna səlahiyyətləri ilə uyğunsuz hesab etdiyi davranışlar daxil olmaqla, lakin onlarla məhdudlaşmayan davranışlar aid edilə bilər.

İSTİFADƏ ŞƏRTLƏRİMİZİ QƏBUL ETMƏKLƏ, SİZ GETCONTACT-I, ONUN MÜVAFİQ TƏRƏFDAŞLARINI VƏ FİLİALLARINI GETCONTACT VƏ YA HÜQUQ-MÜHAFİZƏ ORQANLARININ TƏDQİQATLARI NƏTİCƏSİNDƏ ATILMIŞ ADDIMLAR VƏ YA GETCONTACTIN TƏDQİQATLARININ NƏTİCƏSİNDƏ GÖRÜLMÜŞ TƏDBİRLƏRDƏN DOLAYI YARANMIŞ İDDİALARA GÖRƏ CAVABDEH HESAB ETMƏKDƏN İMTİNA EDİRSİNİZ.

Ümumi Şərtlər

1. İstifadə Qaydaları

Xidmətlərimizdən istifadə etməzdən öncə bu Ümumi Şərtləri diqqətlə oxumağınızı xahiş edirik.

Xidmətlərimizdən istifadə etməklə siz bizim Şərtlərimizi qəbul etdiyinizə və onlara qarşı öhdəlik daşıdığınıza razılıq verdiyinizi təsdiq edirsiniz.

Əgər bu İstifadə Şərtləri ilə razı deyilsinizsə, GetContact mobil Tətbiqini yükləməməyinizi və profilinizi qeydiyyatdan keçirməməyinizi xahiş edirik.

2. Tətbiq olunan digər Şərtlər

GetContact Xidmətlərindən istifadə sizin üçün tamamilə bu şərtlərə tabedir və Xidmətlərimizdən istifadə etməklə onlara qarşı öhdəlik daşıyırsınız.

Xidmətlərimizdən tam istifadə üçün bizimlə qeydiyyatdan keçməyiniz və ən azı həqiqi adınızı, elektron poçt ünvanınızı və mobil nömrənizi təqdim etməyiniz lazımdır. Tərəfinizdən qeydiyyat zamanı təqdim edilmiş və ya sonradan istənilən zaman dəyişdirilmiş məlumatlar düzgün və tam olmalıdır.

Sizin fərdi məlumatlarınızdan istifadəmiz burada təqdim edilmiş Konfidensiallıq Siyasətimizlə tənzimlənir.

3. Müddəalar müstəqilliyi

Bu Şərtlərin müddəalarının hər biri fərqli və bir-birindən ayrıla biləndir. İstənilən vaxtda və ya bu müddəalardan çoxu etibarsızdırsa və ya etibarsız, qanunsuz və ya icra edilə bilməz (tamailə ya qismən) olarsa, qalan müddəaların (və ya eyni müddəanın ayrı səviyyədə) etibarlılığı, qanunauyğunluğu və icra edilə bilinməsi heç bir şəkildə təsirlənməyəcək və ya dəyərsizləşməyəcəkdir.

Biz bu Şərtlərə dəyişikliklər etməyə şərtlərimizin etibarlı, qanunauyğun və icra edilə bilinməsi təmin etmək üçün razılaşırıq.

4. Haqqımızda

GetContact MMO İngiltərə və Uelsdə OC420032 şirkət nömrəsi ilə qeydiyyatdan keçirmişik və qeydiyyatdan keçmiş ofisimiz Londonda, 86 Jermyn Street, SW1Y 6AW ünvanında yerləşir.

5. Bu Şərtlərə Dəyişikliklər

Biz bu Şərtlərə bu səhifəyə düzəliş etməklə istənilən vaxt yenidən düzəlişlər edə bilərik.

Şərtlər sizin öhdəliyinizdə olduğuna görə, etdiyimiz dəyişiklikləri qeyd etmək üçün bu səhifəni zaman-zaman yoxlamağınızı xahiş edirik.

6. Xidmətlərimizin Dəqiqliy

Xidmətlərimiz və ya hər hansı bir məzmunun səhvlərdən və ya boşluqlardan azad olacağına zəmanət vermirik.

7. Xidmətlərimizdən İstifadə

Standart funksionallığa malik mobil tətbiqimiz hazırda ödənişsizdir.

Biz Xidmətlərimizin həmişə mümkün və fasiləsiz olacağına təminat vermirik.

Xidmətlərimizdən istifadə üçün bütün lazımi ayarlamaları etməyə görə özünüz məsuliyyət daşıyırsınız.

Digər məkanlarda Xidmətlərimizin mümkün olacağına təminat vermirik. Biz istədiyimiz zaman Xidmətlərimiz və ya xüsusi funksionallığımızı hər hansı bir istifadəçiyə və ya coğrafi məkana görə məhdudlaşdıra bilərik. Əgər qadağan olunmuş yurisdiksiyadan Xidmətlərimizə daxil olmağı seçsəniz, buna görə məsuliyyəti özünüz daşıyırsınız.

8. Əqli Mülkiyyət Hüquqları

Bu Şərtlərin məqsədləri üçün, "Əqli Mülkiyyət Hüquqları" bütün patentləri, ixtira hüquqlarını, faydalı modelləri, müəllif və bununla əlaqəli hüquqları, ticarət nişanlarını, xidmət nişanlarını, ticarət, biznes və domen adlarını, ticari görünüşünü və ya konfiqurasiyasını, nüfuzunu və ya həyata keçirməklə bağlı məhkəmə iddiasını, haqsız rəqabət hüquqlarını, dizayn hüquqlarını, kompüterin proqram təminatı hüquqlarını, məlumat bazası hüquqlarını, yarımkeçirici topoqrafiya hüquqlarını, mənəvi hüquqları, məxfi informasiya hüquqlarını (nou-hau və ticari sirlər daxil olmaqla) və digər əqli mülkiyyət hüquqlarını, hər bir halda istər qeydiyyata alınmış və ya alınmamış, o cümlədən belə hüquqların yenilənməsi və ya uzadılması kimi bütün müraciətləri və dünyanın hər hansı bir yerində bənzər və ya ekvivalent qorunma hüquqlarını və ya formalarını ifadə edir.

Bizim Xidmətlərimiz müəllif hüquqlarına dair qanunlar və beynəlxalq müəllif hüquqları və müqavilələri və digər əqli mülkiyyət qanunları ilə qorunur.

Bizim ticarət nişanlarımız bizim olmayan məhsul və ya xidmətlə əlaqədar istifadə edilməyə bilər, hər bir halda bu, ehtimal ki, müştərilər arasında çaşqınlıq yardır və ya hər bir halda GetContact üzərində mənfi təsiri vardır. Xidmətlərimizdə meydana çıxa biləcək bütün digər ticarət nişanlarının mülkiyyəti bizimlə əlaqəli ola və olmaya bilən, bizə qoşula və ya qoşulmaya bilən və ya tərəfimizdən sponsorluq edilən və ya edilməyən sahiblərinə məxsusdur.

9. Viruslar

Biz saytımızın təhlükəsiz və ya bug və viruslardan azad olacağına zəmanət vermirik.

Xidmətlərimizə daxil olmaq üçün mobil cihazınızı konfiqurasiya etməyə görə məsuliyyəti siz daşıyırsınız. Siz mobil cihazınızın müvafiq qaydada yenilənmiş virusdan müdafiə proqramı ilə lazımınca qorunduğundan əmin olmalısınız.

10. Üçüncü tərəf keçidləri

Xidmətlərimizdə üçüncü tərəflər vasitəsi ilə digər saytlara və mənbələrə təmin edilən keçidlər yalnız sizi məlumatlandırmaq məqsədi daşıyır.

Bizim həmin üçüncü tərəf saytlar və ya mənbələrin məzmunları üzərində nəzarətimiz yoxdur.

11. Tətbiq olunan qanun

Siz və biz birlikdə İngiltərə və Uels məhkəmələrinin qeyri-müstəsna səlahiyyətə malik olacaqları barəsində razılığa gəlirik.

12. Şərtlərimizi müxtəlif dillərdə əldə etmək imkanı

Xidmətlərimizi beynəlxalq səviyyədə təmin edirik. Müxtəlif yurisdiksiyalardakı İstifadəçilərə əlavə Xidmət şərtləri tətbiq edilə bilər və mümkün olduqda sizin yaşadığınız ərazi üçün lokallaşdırılmış Şərtlər təklif etmək üçün əlimizdən gələni edirik. Əgər varsa, digər dillərdə təqdim edilmiş Şərtlərimizi vebsaytımızda və ya tətbiqimizdə yoxlayın. Əgər yoxdursa, bizim Şərtlərimizin İngilis dili versiyası əsas götürələcək.

13. Bizimlə əlaqə

Bizimlə əlaqə saxlamaq üçün help@getcontact.com ünvanına elektron məktub göndərməyinizi xahiş edirik.